İngiltərə Premyer Liqasının 2-ci turunda səfərdə “Brentford”a 4:0 hesabı ilə uduzan “Mançester Yunayted” bu dəfə 25-ci turdan təxirə salınan qarşılaşmada “Old Trafford”da rəqibi ilə üz-üzə gəlib. Qələbəyə iddialı olan “qırmızı şeytanlar” rəqibini çətinliklə məğlub ediblər. İlk dəqiqələrdən hücumda fəallıq nümayiş etdirən meydan sahiblər 27-ci dəqiqədə istəyinə nail olub. “Mankunyanlar”ın hücumçusu Markus Reşford diqqət mərkəzinə düşüb. Qalan vaxt ərzində tərəflər fərqlənməyə çalışsa da səyləri nəticə verməyib və matç minimal hesabla yekunlaşıb: “Mançester Yunayted” – “Brentford” 1:0. Bununla da, xallarının sayını 53-ə çatdıran “Mançester Yunayted” “Nyukasl”la birgə 3-4-cü pillələri bölüşür.
“Nyukasl”dan söz düşmüşkən, yüksək pillələr uğrunda yarışan komanda isə 7-ci turdan təxirə salınan görüşdə “Vest Hem”in qonağı olub. 6 qolun vurulduğu qarşılaşmada qonaqlar qələbə qazanıblar. Kallum Uilson və Joelintonun dubl etdiyi matçda, Aleksandr İsak bir dəfə fərqlənib. Meydan sahiblərindən isə yalnız Kurt Zuma təsəlli qolunun müəllifi olub. “Vest Hem” – “Nyukasl” 1:5.